Dünya

Şimali Kipr prezidenti Azərbaycana gəlir

Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar Azərbaycana səfər edəcək. 
Bu barədə “Kıbrıs Postası” yazıb. 
Səfər zamanı onu baş nazir Ünal Üstel müşayiət edəcək. 200 nəfərlik nümayəndə heyəti ilə Bakıya gələn Tatar “Kipr Türk Tanıtım Günü” adlı tədbirdə iştirak edəcək. 
Səfərdən öncə hava limanında açıqlama verən ŞKTR prezidenti Azərbaycanla əlaqələri təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində inkişaf etdirməyi səfərin məqsədləri arasında sadalayıb: “ŞKTR bayrağı Azərbaycanda dalğalanacaq”. 
Qeyd edək ki, Kipr adasının şimalında yerləşən ŞKTR məhdud tanınan müstəqil ölkələrdəndir. Belə ki, bu ölkəni hələlik yalnız Türkiyə tanıyır. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin