Biləsuvarda yeniyetmə qardaşlar gül toxumundan zəhərləniblər.“Report”un Muğan bürosunun məlumatına görə, rayon sakinləri 2013-cü il təvəllüdlü A.Bayramlı və 2014-cü il təvəllüdlü M.Bayramlı yaşadıqları evin həyətində əkilən gülün toxumlarını yeyərək zəhərləniblər.Qardaşlar dərhal xəstəxanaya çatdırılıblar. Həkimlər qardaşların vəziyyətini ağır kimi qiymətləndirirlər.Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda yeniyetmə qardaşlar gül toxumundan zəhərləniblər
