Dünya

Ronaldoya 99 şallaq cəzası – İranlı qadını qucaqladığı üçün…

İranda portretini çəkən iranlı rəssam Fatimeh Hamamini qucaqladığı üçün Kriştiano Ronaldo 99 şallaq cəzası ilə mühakimə olunur. 
Bakupost.az xəbər verir ki, Ronaldonun komandası “Əl Nəsr” Asiya Çempionlar Liqasında “Persepolis”lə qarşılaşmaq üçün Tehrana yollanıb. Ronaldonun komandası bu görüşdə 2:0 hesabı ilə qalib gəlib.
Oyundan sonra iranlı rəssam Hamami çəkdiyi portretləri Ronaldoya hədiyyə edib. Ronaldo Hamamiyə imzalı formasını hədiyyə edib və onu qucaqlayıb.
Bir çox iranlı hüquqşünas Ronaldonun qucaqlaşmasına görə onu şikayət edib. Çünki İran qanunlarında subay qadına toxunmağın cəzasının zina ilə bərabər olduğu və 99 şallaq zərbəsi tələb olunduğu qeyd olunub. 
Qeyd olunur ki, Kriştianu Ronaldo peşman olduğunu və bir daha bunu etməyəcəyini bildirsə, 99 şallaq cəzası bağışlanacaq. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin