Dünya

“Rusiya sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır” – Putin

“Moskva Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır”.
TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. 
“Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır və danışıqlara Moskvada ev sahibliyi edə bilər”, – deyə Rusiya lideri MDB-nin iclasında qeyd edib. 
Rusiya dövlət başçısı qeyd edib ki, istənilən formatda danışıqlar aparıla bilər: “Gündəmdə bu uzun müddətdir davam edən münaqişəyə son qoymaq üçün sülh müqaviləsinin hazırlanması məsələsi var. Rusiya tərəfi əlbəttə ki, bu işdə tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırdır. Xüsusilə, biz danışıqların Moskvada təşkili ilə bağlı razılığa gəldik.
“Lazım gələrsə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ekspertləri formatında başlamaq üçün və əlbəttə ki, biz bu danışıqların bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına kömək edəcəyik. Seçim həmişə müvafiq ölkədən asılıdır, biz bu iş üçün lazımi şərait yaratmağa hazırıq”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin