Dünya

Rusiya Türkiyə və İranla qaz qovşaqları yaradır

Rusiya Türkiyə və İranda qaz habları (qovşaqları) yaratmağı düşünür.RT Arabic xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.Onun sözlərinə görə, “Qazprom” şirkəti İranda qaz qovşağının mümkün yaradılması məsələsini araşdıracaq. Əgər layihə yaxşı olarsa, o zaman Rusiya orada iştirak edəcək.Bundan əvvəl bildirilib ki, İran Rusiya, Qətər və Türkmənistanın iştirakı ilə Fars körfəzinin şimal sahilində Buşehr əyalətində yerləşən Assaluye sənaye rayonunda qaz qovşağı yaratmağı planlaşdırır.Rusiya qaz qovşağının yaradılması üçün yol xəritəsi hazırlayaraq Türkiyəyə də göndərib. Hazırda o, nəzərdən keçirilir. A. Novak qeyd edib ki, layihə ilk növbədə Türkiyədə elektron qaz ticarəti platformasının yaradılmasını nəzərdə tutur. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin