ABŞ dövlət katibi Antoni Blinken yenidən İsrailə səfər edəcək.
Bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, Blinken Tel-Əvivdə İsrailin baş naziri Binyamin Netanyahu və İsrail hərbi kabineti ilə görüşəcək.
Xatırladaq ki, ABŞ-ın baş diplomatı ötən həftə, HƏMAS-ın İsrailə hücumundan bir neçə gün sonra, ölkənin müdafiəsini gücləndirmək və münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün İsrailə səfər etmişdi.
Blinken yenidən İsrailə səfər edəcək
