Dünya

Bu millətdən olan insanlar xoşbəxtliyə meyllidirlər

Şotlandiyanın Qlazqo Universitetinin alimləri müəyyən ediblər ki, insanın xoşbəxtlik səviyyəsi beynin xüsusi nahiyələrində – ventral pallidum (VP) və nüvələrindəki aktivliklə bağlıdır.
Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.  
Tədqiqatçılar xoşbəxtlik hisslərinə nəyin səbəb olduğunu öyrənməyə çalışıblar. Təcrübədə 9 yaşdan 83 yaşa qədər 222 mindən çox insan iştirak edib. Əvvəlcə elm adamları bütün iştirakçılardan tüpürcək nümunələri toplayıblar və onlardan gen tiplənməsi üçün istifadə ediblər. DNT tipləşdirilməsi bioloji obyektin fərdi xüsusiyyətlərini müəyyən etməyə və qiymətləndirməyə yönəlmiş genetik materialın öyrənilməsi üsuludur. Belə bir tədqiqatın məqsədi, əlaqə dərəcəsini müəyyən etmək üçün müxtəlif orqanizmlərin oxşarlıqlarını (və ya fərqlərini) müəyyən etməkdir. İştirakçıların beyinlərinin maqnit rezonans tomoqrafiyası (MRT) də aparılıb.
Nəticələrə görə, beynin müəyyən hissələri xoşbəxtliyə genetik meyllə əlaqələndirilir. Ventral pallidum və “Nucleus accumbens” adlanan sahələr beynun xoşbəxtlik sisteminin ən mühüm mərkəzləridir. Bu, davranışı tənzimləyən, insana həzz və müsbət emosiyalar təsir edən sinir sisteminin strukturları kompleksidir.
Bu beyin bölgələrinin fəaliyyətinin əsasını təşkil edən proseslər genetik olaraq miras alınır. Bundan əlavə, xoşbəxtlik hissləri daha çox Asiya və İspaniyadan olan insanlarda tapılıb. Məlum oub ki, bu millətlərin nümayəndələrinin nəsilləri xoşbəxtliyə meylliliyi miras halında bir-birinə ötürürlər.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin