Cəmiyyət

Hakerlər bu oyunlara viruslar yükləyiblər

Valve şirkəti özünün Steam platformasında uzun zamandır ki, iki faktorlu autentifikasiya sistemindən istifadə edir.
Xarici KİV xəbər verir ki, daha əvvəllər istifadəçilər tez-tez bir-birilərinin hesablarını oğurlayırdılar. İndi isə məlum olub ki, kimlikləri bilinməyən hackerlər bir sıra oyun tərtibatçısının Steam hesablarını hack edərək onların oyunlarına viruslar yükləyiblər. Valve bildirib ki, virusa yoluxmuş oyunlar yüzlərlə istifadəçinin Steam kitabxanasında mövcuddur.
Həmin oyunlara sahib istifadəçilər artıq elektron poçt vasitəsilə bu barədə məlumatlandırılıblar. Sözügedən kiberhücumun miqyası böyük olmayıb və Valve tez bir zamanda hadisəyə reaksiya verib. Buna baxmayaraq şirkət öz platformasına bəzi dəyişiklikləri əlavə edib. Belə ki, şirkət oyun tərtibatçılarının Steam-dəki autentifikasiya proseslərini dəyişib. Bundan sonra oyun tərtibatçısı Steam hesabına mobil telefon və SMS üzərindən login təsdiqi vasitəsilə daxil ola biləcək. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər