Türkiyə millisi Avro-2024-ün əsas mərhələsinə vəsiqə qazanmaqla böyük məbləğdə gəlir əldə edib.
Vinçenso Montellanın komandası ötən gecə Avro-2024-ün seçmə mərhələsində Latviyanı darmadağın edib – 4:0. Nəticədə yığma xallarının sayını 16-ya çatdırıb və Avro-2024-ün final mərhələsinə vəsiqə əldə edib.
Bununla da Türkiyə yığması 9 milyon 250 min avroluq pu mükafatı qazanacağı dəqiqləşib.
Almaniyada keçiriləcək Avro-2024-ün əsas mərhələsinə vəsiqə əldə edən 24 komandaya ümumilikdə 371 milyon avro məbləğində ödəniş ediləcək. Hər bir iştirakçı komanda 9,25 milyon avro alacaq.
Hər qələbə üçün 1,5 milyon avro, heç-heçə üçün isə 750 min avro veriləcək.
Qrupdan çıxan komandalar 2 milyon avro, 1/4 finala yüksələnlər 3,25 milyon avro, yarımfinala çıxanlar isə 5 milyon avro mükafat əldə edəcəklər. Avro-2024-ün 2-cisi 7 milyon avro, çempionu isə 10 milyon avro qazanacaq. Çempion komanda ümumilikdə 30 milyon avroya yaxın mükafat alacaq.
Yarışın mükafat fondu son 10 illə müqayisədə 135 milyon avro artıb.
Türkiyə millisi böyük məbləğdə gəlir əldə etdi
