Düz 23 il əvvəl İsrailin Fələstinə hucumu zamanı oğlu ilə birgə müqavimətin simvolik fotoşəkillərindən birinin qəhrəmanına çevrilən Camal Dürra bu dəfə İsrailin Qəzzanı bombalaması nəticəsində 2 qardaşını itirib.
2000-ci ildə başlayan İkinci İntifada bütün dünyanın gözü qarşısında öldürülən 11 yaşlı Məhəmməd Dürranın atası 23 il sonra eyni səhnənin yenidən yaşandığını bildirib.
Camal Dürra bildirib ki, İsrail onun qardaşlarının evlərini bombalayıb, iki qardaşını, qardaşının arvadını, tək qızını, həmçinin əksəriyyəti uşaq olan onlarla qonşunu qətlə yetirib.
Dürra işğal qüvvələrinin uşaqları qəsdən öldürdüyünü vurğulayıb:
“Hər gün uşaqlar öldürülür. Məhəmmədin öldürüldüyü səhnə 23 ildir təkrarlanır. Öldürülən hər uşaq Muhammed Durradır. Məhəmmədin qanı hələ də axmaqdadır”.
23 il əvvəlki səhnə yenidən təkrarlanır – Camal Dürra bu dəfə qardaşlarını itirdi
