Dünya

Avroparlament Ukraynaya 50 milyard avro ayırdı

Avropa Parlamenti Kiyevə 50 milyard avro yardım ayrılmasını dəstəkləyib. 
“Deutsche Welle” xəbər verir ki, qərarda bəzi qeyd-şərtlər yer alıb. 
Avropa Parlamentinin 512 üzvü Ukraynaya dəyəri 50 milyard avroya qədər olan xüsusi Yardım Fondunun yaradılmasının lehinə, 45-i əleyhinə səs verib, 63-ü isə bitərəf qalıb. 
Qeyd-şərtə gəlincə, Avropa Parlamentinin deputatları fonddan vəsaitlərin yalnız Ukraynanın yenidən qurulması üçün ardıcıl planın bir hissəsi kimi xərclənməsini tələb ediblər. Bundan başqa Kiyev və Brüssel fonddan vəsaitlərin cəlb edilməsi ilə Ukraynaya yardıma yönəlmiş bütün addımlar barədə hesabat verməlidirlər. 
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin