Dünya

Azərkeş oyun zamanı Ronaldoya hücum etdi

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu AVRO-2024-ün seçmə mərhələsinin Bosniya və Herseqovina ilə səfər oyununda (5:0) azarkeşin hücumuna məruz qalıb. 
Hadisə ilk hissənin sonunda – 38 yaşlı forvard künc bayrağının yanında dayandığı zaman baş verib. 
Fanatlardan biri əlində mobil telefonla meydançaya qaçaraq futbolçunu tutub. Lakin mühafizəçilər dərhal müdaxilə edərək, azarkeşi Ronaldunun yanından uzaqlaşdırıblar. 
Qeyd edək ki, Portuqaliya millisi AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi səkkiz görüşdən sonra 24 xal toplayaraq final mərhələsinə vəsiqəni təmin edib. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin