Dünya

Rusiya nüvə sınaqlarına qadağa müqaviləsindən çıxdı

Rusiya Dövlət Duması Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilənin ratifikasiyasının geri götürülməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Bu barədə parlamentin aşağı palatasının rəsmi “Telegram” kanalında məlumat dərc olunub. 
Qanun layihəsi üzrə səsverməni şərh edən Dumanın spikeri Vyaçeslav Volodin yazıb ki, ratifikasiyanın geri götürülməsi ABŞ-nin CTBT-ni ratifikasiya etməkdən imtina etməsi fonunda Rusiyanın təhlükəsizliyinin təmin olunmasına töhfə verməlidir: “Vaşinqton nəhayət başa düşməlidir ki, onların hegemonluğu yaxşı heç nəyə gətirib çıxarmır. Qarşılıqlı hörmət, ikili standartların olmaması, suveren dövlətlərin işlərinə qarışmamaq prinsipləri üzrə dialoqa ehtiyac var. Rusiya Federasiyası öz vətəndaşlarını qorumaq və qlobal strateji paritetin qorunub saxlanmasını təmin etmək üçün hər şeyi edəcək”. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin