Cəmiyyət

“TikTok”da dövr edən vəsaitlər vergiyə cəlb edilsin – TƏKLİF

“Xeyli müddətdir ki, ölkəmizdə “TikTok” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Antiterror tədbirləri başlayan zaman hökumətin bu resursun məhdudlaşdırılması istiqamətində atdığı addımlar məqbul və ağlabatan idi. Hazırda istifadəçilərin əksəriyyəti VPN texnologiyadan yararlanmaqla bu resursdan sərbəst istifadə edirlər”.
Bunu İKT üzrə ekspert Osman Gündüz deyib. Ekspert bildirib ki, VPN-lərdən kütləvi istifadə təhlükəsizlik üçün əlavə təhdidlər yaradır:
” “TikTok”un nümayəndəliyini açmaq, burada dövr edən vəsaitləri vergiyə cəlb etmək, bu qlobal resursla əməkdaşlıq edib uşaqları qorumaq üçün əlavə imkanlar yaratmaq, azərbaycandilli faydalı kontentin inkişafına dəstək almaq daha doğru olardı. Baxıram ki, Qazaxıstanda təşkil olunan Cənubi Asiyanın ən böyük Digital Bridge texnologiya forumunda “TikTok”un rəhbərini başda oturdublar. Qazax dilində elm, təhsil, oyun və əyləncə yönümlü faydalı videomaterialların yaradılması üçün, bu resursdan marketinq və biznes məqsədilə istifadəni stimullaşdırmaq üçün “TikTok” Qazaxıstana böyük vəsaitlər ayırır”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər