Cəmiyyət

Xaçmazda pivə zavodu cərimələndi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Xaçmaz rayonu, Qaraqurdlu kəndində fəaliyyət göstərən, “Marşal-Xaçmaz” MMC-yə məxsus pivə istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, müəssisədə temperatur rejiminə əməl olunmadığı, anbar sahəsində saxlanılan xammal məhsullarının antisanitar şəraitdə saxlanıldığı və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilmiş nümunələrdə koliform bakteriyaları aşkarlanıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq istehlaka yararsız məhsullar məhv edilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər