Dünya

Berlində gərginlik: Yəhudi mərkəzinə “Molotov” atıldı

Qəzza zolağında xəstəxanaya hücumdan sonra Berlində iğtişaşlar başlayıb. 
Bu barədə “Bild” qəzeti yazıb. 
Oktyabrın 18-nə keçən gecə Brandenburq qapısına 300-ə yaxın adam toplaşıb. Bild yazır ki, “anti-İsrail piketi” tez bir zamanda “aqressiv nümayişə” çevrilib. Polis Brandenburq qapısı yaxınlığında yerləşən Holokost memorialını mühasirəyə alıb. Etirazçılar polisə daş və pirotexniki vasitələr atıb, təhlükəsizlik qüvvələri isə su şırnaqlarından istifadə edib. 
Bildirilir ki, oktyabrın 18-nə keçən gecə naməlum şəxslər yəhudi mərkəzini yandırmağa cəhd ediblər. Mərkəzə iki “Molotov kokteyli” atılıb, xəsarət alan olmayıb. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin