Dünya

İstanbuldakı aksiyada 43 polis yaralandı

Ötən gün Qəzzada ən azı 500 nəfərin həyatını itirdiyi xəstəxanaya hücumdan sonra İstanbulda minlərlə insan küçələrə axışaraq etiraz aksiyası keçirib.
Türkiyə mətbuatı xəbər verir ki, keçirilən aksiyalarda 5 nəfər saxlanılıb, 1 nəfər isə infarkt keçirərək dünyasını dəyişib. Hadisələr zamanı 63 nəfər yaralanıb. Onlardan 43-ü polisdir.  
İsrailin Qəzzada dinc əhaliyə qarşı bombardmanlarına etiraz etmək üçün İstanbuldakı İsrail Baş Konsulluğu qarşısında toplaşan bir qrup vətəndaş konsulluq binasına daxil olmaq üçün hərəkətə keçərək polis qüvvələrinə, ətrafdakı binalara və polisə hücum edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin