Dünya

Qəzza zolağını 1 milyon insan tərk edib – BMT

Fələstin-İsrail münaqişəsinin növbəti gərginləşməsindən sonra Qəzza zolağında məcburi köçkünlərin sayı 1 milyona çatıb.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi bildirib.
“Hərbi əməliyyatların başlanmasından bəri məcburi köçkünlərin sayı 1 milyona çatıb, o cümlədən 352 mindən çoxu hazırda BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin Qəzza zolağının mərkəzi və cənub hissələrində yerləşən məktəblərində sığınacaq tapıb. Təxminən 55 min nəfər digər 51 sığınacaqda yaşayır”, – deyə qeyd olunub.
Həmçinin bildirilib ki, Qəzza zolağında iki həftəlik əsas ərzaq ehtiyatı, yalnız dörd-beş günlük ərzaq mağazası qalıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin