Dünya

Qəzzada vurulan xəstəxanada 500-dən çox insan həlak olub

İsrailin Fələstinin Qəzza zolağında yerləşən Əhli Ərəb xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində 500-dən çox insan həlak olub. 
Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Əl-Əhli Əl-Maadan xəstəxanasına raket hücumu nəticəsində 500-dən çox qurban var”, – Qəzza Səhiyyə Nazirliyinin nümayəndəsi telekanala bildirib.
Məlumata görə, xəstəxana binası Qəzza zolağının şimalından gələnlər üçün sığınacaq kimi də istifadə edilib.
Qeyd edək ki, İsrail hərbçiləri hadisəni araşdırdıqlarını açıqlayıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin