Hadisə

Sumqayıtda itkin düşən 13 yaşlı yeniyetmə TAPILDI – YENİLƏNİB/FOTO

Sumqayıtda itkin düşən 13 yaşlı yeniyetmə tapılıb.
Bu barədə onun yaxını məlumat verib.
Bildirilib ki, saytımızın yaydığı məlumatı görən bir nəfər şəxs azyaşlını Bakı metrosunun “Nizami” stansiyası yaxınlığında gördüyünü deyib. Daha sonra Ömərin atasına video zəng edərək oğlunu göstərib, atası gələnə qədər Ömərin yanında dayanıb.

Sumqayıtda 13 yaşlı yeniyetmə itkin düşüb.
Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Bildirilib ki, 13 yaşlı Ömər Yaqubov 6 gün öncə Stansiya Sumqayıt adlanan ərazidə itib. 
O, eşitmə və nitq qüsurludur, üstəlik yaddaş zəifliyi də var deyə istəsə belə evin yolunu tapa bilməz. 
Qeyd edək ki, oğlanın yaxınları bu barədə polisə məlumat verib. Görənlərdən 050-751-68-99 nəmrəsi ilə əlaqə saxlamağı xahiş olunur.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.