Dünya

Alimlərdən XƏBƏRDARLIQ – Bu baş verərsə insanlığın sonu gələ bilər

Sibirin donmuş torpaqlarında 50 min illik buzlaqlar bəşəriyyət üçün qorxulu təhlükəni gün üzünə çıxarır.
Ensonhaber.com xəbər verir ki, qədim mikrobların və virusların canlanması yeni pandemiya təhlükəsi yarada bilər.
Bu ehtimalı nəzərə alan elm adamları qədim mikrobların quruluşunu araşdırır və potensial təhlükənin qarşısını almaq üçün çalışırlar.
Mütəxəssislər bildirir ki, Sibir buzlaqlarında təkcə qədim mikroblar və viruslar oyanmayıb. Eyni zamanda 28.000 ilə 40.000 il əvvəl nəslinin tükəndiyi düşünülən Neandertalın da insanları öldürə biləcək ölümcül xəstəliklərin donmuş cəsədlərdə gizlənə biləcəyi barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, daha öncə qədim virus və mikroblar nəticəsində Sibirdə insan tələfatı baş verib. 2016-cı ildə isti dalğasından sonra qarayara virusları minlərlə maral və bir uşağın ölümünə səbəb olub.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin