Dövlətə xəyanətdə ittiham olunan Aydın Zəkiyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror A.Zəkiyevin verilmiş ittihamla təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.
Ermənistana casusluqda təqsirləndirilən şəxsə 19 il cəza istənildi
