Mingəçevirdə 4 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb.”Unikal”ın məlumatına görə, hadisə ailənin kirayədə yaşadığı evlərdən birində baş verib. Ehtiyatsızlıq nəticəsində hündürlükdən düşən 2019-cu il təvəllüdlü Qırtımov İbrahim Səxavət oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Mingəçevirdə 4 yaşlı uşaq ikinci mərtəbədən YIXILDI
