Dünya

Starbucks öz ittifaqını “Fələstinlə həmrəyliyinə” görə məhkəməyə verir

ABŞ qəhvə zənciri Starbucks, Fələstinlə həmrəylik mesajı paylaşdığına görə “Starbucks Workers United” həmkarlar ittifaqına qarşı məhkəmə iddiası açacağını bildirib.”Unikal” xəbər verir ki, Starbucks baş direktorunun müavini Kelly bəzi müştərilərin qəzəbini mağaza işçilərindən çıxardığını söyləyib. ABŞ-ın The Intercept saytının xəbərinə görə, Starbucks baş direktorunun müavini Sara Kelli birliyin Fələstinlə həmrəylik mesajı verdiyi paylaşımla bağlı açıqlama verib.Birliyin yazısının şirkətin fikirlərini əks etdirmədiyini və Starbucks-ın adının yazıda istifadə edilməsinin insanları çaşdırdığını iddia edərək, ittifaqı məhkəməyə verməyə hazırlaşdıqlarını söyləyən Kelli, bəzi müştərilərin qəzəblərini bu işdən çıxardıqlarını ifadə edib.Həmkarlar ittifaqının fikirləri ilə qətiyyən razı olmadıqlarını deyən Kelli, “Workers United adı, loqosu və əqli mülkiyyətimizdən istifadə etməyə davam etdiyi üçün bəzi insanlar səhvən bu postu bizimlə əlaqələndirirlər. Workers United Starbucks adımızdan danışmır və şirkətimizin görüşlərini təmsil etmir. Birliyin sözləri və hərəkətləri yalnız özlərinə aiddir”

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin