Dünya

Avropa İttifaqı müharibədə Ukraynaya 90 milyard dollar verib

“Rusiya Federasiyasının genişmiqyaslı işğalı başlayandan bəri Avropa İttifaqı Ukraynaya təxminən 90 milyard dollar yardım ayırıb”.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen açıqlayıb. 
O, qeyd edib ki, Ukrayna qalib gələcək: “Lakin onların öz işlərini görmək üçün əlavə dəstəyə ehtiyacı var. Avropa Ukraynaya 90 milyard dollara yaxın dəstək verib. Avropa Ukraynanın uzunmüddətli təhlükəsizliyinin təmin edilməsində mərkəzi rol oynamalıdır. Biz bunu ən qədim və güclü müttəfiqimiz olan ABŞ ilə birlikdə etməliyik”. 
Onun sözlərinə görə, Ukraynaya ayrılan 90 milyard dolların təxminən 27 milyard dolları silah-sursatın tədarükü üçün nəzərdə tutulub.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin