Bakının Nəsimi rayonunda sərnişin avtobusu 34 yaşlı piyadanı vurub.”Report”un məlumatına görə, 3-cü mikrorayon ərazisində 119 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu yolu keçən 1989-cu il təvəllüdlü Rəhmanov Rüstəm Məcnun oğlunu vurub.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.Faktla bağlı araşdırma aparılır.
Bakıda sərnişin avtobusu piyadanı vurdu
