Cəmiyyət

Səbnəm Tovuzlu: Qayınanamla küsülüyük

“Qızım Günelin atasının anası, yəni qayınanam Tairə xanım, hər şeyi ondan öyrənmişəm. Onun əllərindən öpürəm. O çox qoçaq, mehriban, gözəl xanımdır. Çox şeyi ondan öyrənmişəm. Əlbəttə ki, onun kimi gözəl qayınana ola bilərəm, olacağam da. Tairə xanımı çox istəyirəm. Onunla çox yaxşı münasibətim var”. 
Bizim.media xəbər verir  ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “7 tamam” verilişində deyib. 
O, ikinci qayınanası ilə danışmadığını etiraf edib: 
“İkinci qayınanamla (oğlu Əlinin ata nənəsi – red.) münasibətlərim belə də… Nə yaxşıdır, nə də ki pis… Açıq demək lazımdır. Çox da danışırıq deyə bilmərəm. Danışmırıq…”. 
Şəbnəm Tovuzlu iki dəfə ailə həyatı qurub. İlk qurduğu evlilikdən onun Günel adlı qızı, ikinci qurduğu nikahdan isə Əli adında bir oğlu var. Şəbnəm bir müddət əvvəl qızı Güneli nişanlandırıb. Lakin toylarının nə zaman olacağı ilə bağlı konkret zaman açıqlamayıb. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər