Cəmiyyət

Bu peyvənd artıq koronavirusdan qorumur

Rusiyanın Sputnik V peyvəndi koronavirusdan qorumur.  
Bunu Rusiya Elmlər Akademiyasının akademiki, Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq yerli KİV-ə açıqlamasında deyib
Onun sözlərinə görə, orijinal dərman ilk iki il ərzində – 2020-ci ilin avqustundan təxminən 2022-ci ilin iyuluna qədər COVID-19-a qarşı immunitet təmin edib.
“2022-ci ilin yayının ortalarından başlayaraq, Omicron 1, 2 və 3 variantları ortaya çıxanda Sputnik V-in səmərəliliyi 8 dəfə azalıb”, – Gintsburq izah edib. 
“Omicron”un Kraken kimi tanınan XBB.1.5 variantının təqdim edilməsindən bəri peyvənd qoruma təmin etməyi dayandırıb. Bu səbəbdən akademik hesab edir ki, 2022-ci ilin yayında dərmanın antigen tərkibini dəyişmək lazım idi.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər