Dünya

İranla sərhəddə SİLAHLI İNSİDENT – FOTO

Oktyabr ayının 22-də saat 00:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonu Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər naməlum şəxsin dövlət sərhədindən külli miqdarda narkotik vasitə keçirməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatı üçün təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər. Sərhəd naryadı sərhəd pozucularını zərərsizləşdirmək üçün əlbəyaxa döyüşə girib peşəkarlıq nümayiş etdirərək sərhəd pozucularını tərksilah etməyə nail olub.
Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları – 1986-cı il təvəllüdlü Parsabad rayon sakini İbrahimzadə Canəli Səmiulla oğlu və 2003-cü il təvəllüdlü Gərmi rayon sakini Siyamək Fərzi Əzim oğlu olduğu müəyyən edilib, üzərlərinə baxış zamanı ümumi çəkisi 9 kiloqram 55 qram narkotik maddə (5 kq 435 qram heroin, 3 kq 620 qram metamfetamin), 1 ədəd gecəgörmə cihazı və “BERETTA” markalı tapança (10 ədəd patronu ilə birlikdə) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • İranla sərhəddə SİLAHLI İNSİDENT - FOTO
0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin