Dünya

İranlı nazir İrəvanda Paşinyanla görüşəcək

İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın dəvəti ilə İrəvana bir günlük səfər edib.Bu barədə erməni KİV məlumat yayıb. Səfər zamanı İran aviaşirkətlərinə lisenziyaların verilməsi, yol tariflərinin ləğvi, Şimal-Cənub dəhlizi və Fars körfəzi-Qara dəniz dəhlizi çərçivəsində əməkdaşlığın təşviqi məsələləri müzakirə olunacaq.Mehrdad Bəzrpaş Şimal-Cənub dəhlizinin və Fars körfəzi-Qara dəniz dəhlizinin bir hissəsi olan Aqarək-Kacaran yolunun tikintisinə dair müqavilənin imzalanması mərasimində iştirak edəcək.Bildirilir ki, iranlı nazir səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və iqtisadiyyat naziri Vahan Kerobyanla görüşəcək.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin