Cəmiyyət

PUA-ların idxalı zamanı icazələrin alınması sadələşdiriləcək

“Pilotsuz uçuş aparatları elə bir texnologiyadır ki, çox kiçik həcmdə böyük təhlükə yarada bilir. Bir neçə santimetr uzunluğunda olan pilotsuz uçuş aparatları var ki, bir çox hallarda şəxsi həyata, bəzən isə milli maraqlara ciddi təhlükə törədə bilirlər. Kiçik həcmdə PUA-ların sürü halında uçması istənilən bir təyyarənin qəza halına gətirib çıxara bilər”.
Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib. Komitə sədri bildirib ki, pilotsuz uçuş aparatlarının icazə sistemi kifayət qədər sadələşdiriləcək:
“Hazırda pilotsuz uçan aparatı idxa etdiyiniz zaman 5 dövlət orqanında icazə almaq lazımdır. Bu isə bir çox hallarda prosedurun kifayət qədər uzanmasına gətirib çıxarır. Texnologiyada qaça bilmərik. Onun öyrənilməsi, istifadə edilməsi, yayılması gələcəyimiz üçün vacibdir. Eyni zamanda düşünürük ki, tənzimləməni müəyyən qədər sadələşdirmək lazımdır. Məndə olan məlumata görə, pilotsuz uçan aparatların idxalı zamanı icazələrin alınması sistemi xeyli sadələşdiriləcək, onlayn alətlərdən daha istifadə olunacaq. Bu, nəzarətin zəiflədilməsi anlamına gəlməyəcək”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər