Dünya

TDT Təhlükəsizlik Şurasının katibləri regiondakı vəziyyəti müzakirə etdilər

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin Təhlükəsizlik Şurasının katibləri regiondakı və dünyadakı təhlükəsizlik şəraitini və son hadisələri müzakirə ediblər.
Özbəkistanın Səmərqənd şəhərində TDT Təhlükəsizlik Şurası katiblərinin 2-ci iclası keçirilib.
Toplantıda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov təmsil edib.
İclasda təşkilata üzv ölkələrdə həyata keçiriləcək təhlükəsizlik tədbirləri barədə danışılıb.
Tərəflər TDT ölkələrini hədəf alan mövcud təhlükəsizlik təhdidləri və çağırışları ilə yanaşı, bəzi regional və beynəlxalq məsələlərin türk dünyasına ehtimal edilən təsirlərini detallı şəkildə müzakirə ediblər.
İclasda qurumun qəbul etdiyi qərarların həyata keçirilməsi üçün İşçi qrupun yaradılması və “yol xəritəsi”nin hazırlanması barədə razılığa gəliblər.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin