Cəmiyyət

5 rayonda ağaclar qanunsuz kəsildi – Cinayət işi başlandı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Göyçay, Bərdə, İmişli, Biləsuvar və Yardımlı rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Araşdırmalar zamanı Göyçay rayonunun Şıxbəy, Bərdə rayonunun Əyricə, İmişli rayonunun Ağaməmmədli kəndlərində, Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 162-ci kilometrliyində meşə fonduna aid olmayan, habelə Yardımlı rayonu ərazisində meşə fonduna daxil olan, ümumilikdə 568 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 60 min manatdan çox ziyan vurulması müəyyən edilib. 
Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və  259.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə  xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər