Dünya

“ABŞ Qəzza zolağının işğalında iştirak edəcək” – Makqreqor

İsrailə hərbi dəstək ABŞ-nin İrana qarşı müharibəsinə səbəb ola bilər.
Xarici KİV xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor amerikalı teleaparıcı Taker Karlsonla söhbətində deyib. 
Onun sözlərinə görə, bu münaqişə baş verərsə, planet üçüncü dünya müharibəsinə qərq olacaq. 
Aparıcı müşavirə, “Amerika əsgərlərinin Qəzzanın işğalında fiziki olaraq iştirak edəcəyinə inanırsınızmı?”, sualını ünvanlayıb:
“Əminəm ki, edəcəklər. Orada girov götürülən ABŞ vətəndaşları var. Biz artıq bəyan etmişik ki, girovların azad edilməsində İsrailə kömək edəcəyik. Yeganə problem, belə çətin vəziyyətdə döyüşməli olsaq, onları necə azad edəcəyimizdir.Hər şey ABŞ Silahlı Qüvvələrinin Qəzza zolağında İsrailin quru əməliyyatında iştirakı ilə başlaya bilər”, – Makqreqor bildirib.
Eyni zamanda, Pentaqon artıq məhdud sayda Amerika əsgərinin hazırda İsraildə olduğunu etiraf edib. Onlar fövqəladə hallar deyilən hallarda lazımdır. Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi isə bir gün əvvəl bildirib ki, Vaşinqtonun kifayət qədər sayda hərbi məsləhətçiləri var və onlar İsrailə getməyə tam hazırdırlar.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin