Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Abbasov Səyavuş Nəriman oğlu müəyyən olunaraq saxlanılıb.
Bu barədə “Unikal”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən “Unikal”a verilən məlumata görə, cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.