Cəmiyyət

Fədayəni oğlan kimi böyütmüşəm – Fədayənin anası

“Fədayəni oğlan kimi böyütmüşəm. İlahəyə libas, gəlincik alanda, ona şalvar, verlosiped alırdım”.
Bunu müğənni Fəadyə Laçının anası Təranə xanım “Xəzər axşamı” verilişində deyib. 
O əlavə edib: “Məktəbdə əlaçı idi. Övladına laylay çalırdı. Bildim ki, gözəl səsi var. Mənim heç yerə getmirdi. Amma bir dəfə qonşuya getmişdim, gördüm, Fədayə də gəlib. Məndən icazəsiz gəldiyi üçün onu vurdum. O da getdi. Ondan sonra axırıncı dəfə oldu ki, Fədayə mənim arxamca harasa gəlsin. O hadisə yadıma düşəndə pis oluram ki, onu niyə elə vurdum”.
Anası qızının cəzaçəkmə müəssisəsindən ona zəng etdiyi anları da xatırlayıb:
“Dediyim kimi, onu oğlan kimi böyütmüşdüm. O hadisə baş verəndə pis oldum. Qəflətən xəbər tutduq. İçəridən mənə zəng vurdu və ağlamaq istədi. Dedim, ağlama. Səni oğul kimi saxlamışam. Kişinin başına iş gələr. Ona belə desəm də, ürəyimdə çəkdiyimi çəkirdim”. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər