Cəmiyyət

Kamran Əliyev Ərdoğana tarixi rəsm əsəri təqdim etdi

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankarada işgüzar səfərdədir.

“Unikal”ın məlumatına görə, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını qəbul edib.

Görüşdə Azərbaycanı Baş prokuror Kamran Əliyev təmsil edib.

Tərəflər TDT ölkələri arasında əməkdaşlığı müzakirə ediblər.

Görüşdən sonra Baş prokuror Kamran Əliyev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana rəsm əsəri təqdim olunub. 

Qeyd edək ki, rəsmdə 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalanan zaman dövlət başçılarının görüşü əks olunub.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər