Dünya

Kreml Trampın oğurluq iddialarına cavab verdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçmiş Amerika prezidenti Donald Trampın Rusiya Federasiyasının ABŞ-dən “super-duper raketin” çertyojlarını oğurladığı iddiasına dair açıqlamalarına cavab verib. 
Onun sözlərini TASS sitat gətirib.  
Peskov vurğulayıb ki, Rusiya tərəfinin özünün hipersəs raketləri var, ona görə də Vaşinqtondan “super-duper” silahların heç bir sirrini oğurlamamışdır.
“Bizim öz raketimiz var, əla raketimiz var. Raketimizin cənab Trampın super duper kimi anlayışına uyğun olub-olmadığını söyləmək çətindir, lakin bu, hələ dünyada analoqu olmayan yaxşı raketdir. Həm də tək deyil”, – Peskov jurnalistlərə bildirib. 
Daha əvvəl Tramp bildirib ki, Rusiya tərəfi guya Barak Obamanın ABŞ prezidenti olduğu dövrdə Amerikanın “super-duper-raketi” ilə bağlı məxfi məlumat alıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin