Cəmiyyət

“Lotu Quli”ni öldürənlərdən xəbər VAR

Türkiyədə qətlə yetirilən azərbaycanlı kriminal avtoritet – “Lotu Quli” ləqəbli Nadir Səlifovun öldürülməsi ilə bağlı məhkəmə prosesi keçirilib. 

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, Manavqat 2-ci Ağır Cəza Məhkəməsində hakim Əli Mövlamlı, Əmir Həmidli, Cəmil Keleş, Erkan Aşan, Xaqan Zeynalov, Nürsen Arasoğlu, Rəsul Həsənov, Ümid Nəcəfovun “qəsdən adam öldürmə” cinayətinə görə ayrı-ayrılıqda ömürlük həbsini tələb edib. İclasda çıxış edən təqsirləndirilən şəxslər hadisədə iştirak etmədiklərini iddia edərək, azadlığa buraxılmalarını və bəraət hökmünün çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslərin vəkilləri müdafiəyə hazırlaşmaq üçün vaxt istəyiblər.

Cinayət əlaqəsinin istintaq dövründə sübuta yetməsi səbəbindən Namiq Canıyev (Rövşən Lənkəranskinin qardaşı), Cəfər Əlizadə, Xanımnisə Məmmədova, hazırda Bakıda həbsdə olan Camal Həsənovun cinayət işinin ayrıcı icraata götürülməsi istənilib və onlar beynəlxalq axtarışa verilib. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər