Dünya

Polşa prezidentinin avtomobilində izləmə sensoru tapılıb

Polşa Prezidenti Anjey Dudanın ofisinə məxsus limuzinlərdən birində izləmə sensoru tapılıb.

“Unikal” xəbər verir ki, bu barədə TVN24 prezidentin təhlükəsizlik xidmətinin əməkdaşına istinadən məlumat yayıb.

Məlum olub ki, Dudanın avtomobili sözügedən sensorla bir neçə ay, hətta Ukrayna səfəri zamanı da idarə edilib. 

Bildirilir ki, sensor bütün ofis maşınlarında partlayıcı əşyaların olub-olmaması yoxlanılarkən aşkar edilib.

Limuzində izləmə sensorunun kim tərəfindən və nə vaxt quraşdırıldığı hələ müəyyən edilməyib. Milli Təhlükəsizlik Agentliyi araşdırma aparır. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin