Cəmiyyət

18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı bilindi

2022-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.
Bu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunub. 
Azərbaycan üzrə 2022-ci ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfərdir. 
Bu rəqəm 2021-ci illə müqayisədə 361 nəfər çoxdur. Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb.
Bakı şəhərinin 12 rayonu üzrə şəhər icra hakimiyyətlərinə erkən evliliklə bağlı 34 müraciət daxil olub. Bu göstərici Bakı şəhəri üzrə 101, Naxçıvan Muxtar Respublikası üzrə 69, Abşeron-Xızı iqtisadi rayonu üzrə 31, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 111, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 145, Qarabağ iqtisadi rayonu üzrə 240, Qazax-Tovuz iqtisadi rayonu üzrə 280, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 74, Lənkəran-Astara iqtisadi rayonu üzrə 236, Mərkəzi Aran iqtisadi rayonu üzrə 245, Mil-Muğan iqtisadi rayonu üzrə 223, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 81, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 58, Şirvan-Salyan iqtisadi rayonu üzrə 117 olub.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər