Dünya

Danışıqların yeni mərhələsi: Rusiya Qərbi masadan qovur

“Avropanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesinə töhfə verəcəyinə dair olan ümidlər son zamanlar çox azalıb”.
Bu sözləri söhbətində Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O, liderlərin Brüsseldə keçirilməsi planlaşdırılan üçtərəfli görüşün ləğv edilməsi haqqında fikirlərini bölüşüb: 
“Bundan əvvəl dəfələrlə Brüssel formatı çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan siyasi liderlərinin görüşlərini təşkil edirdi. Bu görüşlər konkret nəticələrə gətirməsə də, prosesdə müəyyən pozitiv dinamika verirdi. Lakin Fransa prezidenti Emmanuel Makronun görüşlərə qatılması Brüssel formatının mahiyyətinə çox böyük ləkə oldu. Xüsusilə, Qranadada Avropa İttifaqı, Ermənistan, Almaniya və Fransa liderlərinin dördtərəfli toplantıda Azərbaycan-Ermənistan münasibətlərinə dair bəyanat göstərdi ki, əslində, onların münasibətlərin normallaşması prosesinə töhfə vermək niyyəti yoxdur, əksinə, hər biri strateji maraqlarını güdür”.
Deputat rəsmi Parisin İrəvana silah-sursat satmasını qınayıb:
“Söhbət, ilk növbədə, hava hücumundan müdafiə sistemlərindən gedir. Fransa Ukraynaya “sizə silah verməyə imkanımız yoxdur” deyir, amma Ermənistan üçün bu imkan tapılır. Mənə elə gəlir ki, yaxın perspektivdə Kiyevlə Paris arasında diplomatik qalmaqal yarana bilər”.
E. Nəsirovun fikrincə, bu reallıqlar “3+3” formatı xeyli aktuallaşdırıb:
“Yəni regiondan kənar oyunçuların sülh prosesinə qatılması sülhə yox, əksinə, müharibəyə, qarşı tərəfin silahlandırılmasına və revanşizmin güclənməsinə gətirib çıxara bilir. Azərbaycan Prezidenti də qeyd edib ki, bizim alternativ variantlarımız mövcuddur. Yəni tərəflər arasında ikitərəfli danışıqlar baş tutsun. əgər bu baş tutmasa, artıq rəsmi Tbilisinin vasitəçiliyi ilə yeni danışıqlar aparıla bilər”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin