Dünya

“Netanyahu bizim xoş niyyətimizdən sui-istifadə etdi” – Ərdoğan

“Həyatımda bir dəfə Netanyahu adlı bu adamın əlini sıxdım. Təbii ki, yaxşı niyyətimiz var idi, lakin onlar bundan sui-istifadə etdilər. İsrailə getmək üçün layihəmiz var idi, onu da ləğv etdik”.
Türkiyə mətbuatı xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan TBMM Qrup Toplantısında deyib. 
Bununla da, Ərdoğan İsrail səfərinin ləğv olunduğunu açıqlayıb. 
İsrailin Qəzzada fələstinlilərə etdiyi zülmü qınayan Ərdoğan, “Fələstin davamızı müdafiə edəcəyik. Oktyabrın 7-dən bu yana böhranın daha da böyüməməsi üçün əlimizdən gələni edirik. 8 təyyarə dolusu tibbi yardım göndərdik.  Biz İsrailin dövlət yox, təşkilat kimi fəaliyyət göstərməsini heç vaxt bəyənməyəcəyik. Hücumlarda ölənlərin təxminən yarısı uşaqlardır. Dünyada sırf uşaqları öldürmək üçün küçələrə od vuran bu qeyri-insani hərəkəti davam etdirən dövlət və ya ordu tapa bilməzsiniz. İndi mən buradan İsrailə səslənirəm. Ey İsrail, sən təşkilat ola bilərsən, çünki Qərbin sənə çox borcu var, amma Türkiyənin sənə heç bir borcu yoxdur. Qərb HƏMAS-ı terror təşkilatı hesab edir. “Həmas terror təşkilatı deyil, öz torpaqlarını qorumağa çalışan bir qrup azadlıq mücahididir””, – deyə ifadə edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin