Dünya

Qəzzada insan faciəsi – Epidemiyaya yoluxurlar

İsrailin blokadası və hücumları altında olan Qəzzada əksəriyyəti uşaq olmaqla, gündə 3 mindən çox insanda müxtəlif epidemik xəstəlik hallarının aşkar edildiyi açıqlanıb.
Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada qaşınma, ishal, suçiçəyi, dəri xəstəlikləri və bronxit kimi bir çox xəstəliyin təsbit edildiyi bildirilib.  
“Qəzza zolağındakı sağlamlıq mərkəzlərində bir gündə əksəriyyəti uşaq olmaqla 3 min 150 epidemiya xəstəliyi aşkar edilib”, – məlumatda qeyd olunub. 
Açıqlamada içməli və gündəlik istifadə suyunun qeyri-kafi olduğu, şəxsi gigiyena ehtiyacının qarşılana bilmədiyi vurğulanaraq, sığınacaq mərkəzlərində böyük izdiham səbəbiylə epidemiya xəstəlikləri sürətlə yayıldığı bildirilib. 
 İsrailin Qəzza zolağına tətbiq etdiyi blokadaya görə ciddi enerji çatışmazlığı yaranıb və bölgəyə yanacağın girişinə icazə verilmədiyi üçün xəstəxanaların generatorlarının dayandığı açıqlanıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin