Dünya

“Rusiya hərbi bazalarının Ermənistanda olmasında heç bir üstünlük yoxdu” – Paşinyan

İrəvanın təhlükəsizliklə bağlı fikirləri birbaşa bölgədəki vəziyyətlə bağlıdır.”Unikal” xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hərbi bazalarının respublikada davam etməsində heç bir üstünlük görmədiyini bildirib. Bu barədə Wall Street Journal yazıb.Nəşrə müsahibəsində Paşinyan bildirib ki, İrəvan yeni tərəfdaşlar axtarır, çünki Rusiya “müttəfiqlik öhdəliklərini yerinə yetirə bilməyib”.Onun sözlərinə görə, Qarabağda baş verən son hadisələr Ermənistanı təhlükəsizlik sahəsində münasibətlərin şaxələndirilməsinin zəruriliyi ilə bağlı qərara gətirib çıxarıb.Baş nazir qeyd edib ki, “Rusiya sülhməramlı kontingenti Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək iqtidarında deyildi və ya istəmədi”.Paşinyan bundan əvvəl İctimai Televiziyaya müsahibəsində demişdi ki, Rusiyanın 102-ci hərbi bazası və sərhədçilərinin Ermənistanda yerləşdirilməsinin səbəbləri aydındır və onlarla bağlı heç bir sual yaranmır.Xatırladaq ki, 102-ci Rusiya hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır.Rusiya sərhədçiləri 1992-ci il sentyabrın 30-da İrəvanda bağlanmış Rusiya sərhəd qoşunlarının Ermənistan ərazisindəki statusu haqqında dövlətlərarası sazişə uyğun olaraq Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində xidmət edir. Rusiya FTX-nin Ermənistandakı sərhəd departamentinə dörd sərhəd dəstəsi – Gümrü, Armavir, Artaşat və Meqri, həmçinin İrəvandakı Zvartnots beynəlxalq hava limanında ayrıca keçid məntəqəsi daxildir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin