Dünya

Rusiya və Ukrayna gizli görüşlər keçirir

Rusiya və Ukrayna əsirlərin mübadiləsi, gəmilərin Qara dəniz limanlarından keçməsi və uşaqların geri qaytarılması ilə bağlı pərdəarxası danışıqlar aparır.
Bu barədə “The Washington Post” məlumat yayıb.
Hesabatda deyilir ki, danışıqlarda Türkiyə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Vatikan və Beynəlxalq Qızıl Xaç Komitəsi də daxil olmaqla vaxtaşırı vasitəçilərdən istifadə edilir.  
Qərb nəşrlərinin yazdığına görə, əsirlərin mübadiləsi əsasən Ukraynanın şimal-şərqində, Sumı vilayətində baş verir. İstənilən təmas zamanı adətən atəşkəs elan edilir.
Türkiyə danışıqlar üçün əsas neytral platforma olub. İstanbulda bir neçə yaxşı nəticələnən görüşlər keçirilib, lakin danışıqlar çox vaxt gizli saxlanılır və ümumi sayı məlum deyil.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin