Rusiyalda tanınan müğənni Coni (Cahid Hüseynli) nənə və babası ilə fotosessiya etdirib.
İfaçı fotoları “Instagram” hesabında paylaşıb.
“Bizi onlarla il, qırışlar və saysız-hesabsız həyat təcrübəsi ayırır. Qanımız və bir-birimizə dəli sevgimiz birləşdirir. Nənə və babanızı və onlarla keçirdiyiniz hər anın qədrini bilin”, – deyə Coni paylaşımına yazıb.
