Hadisə

Mənsum İbrahimovun qardaşının maşını AŞDI: ölən və yaralananlar var

Kürdəmirdə ağır yol qəzası olub.Hadisə Kürdəmir-Zərdab yolunun Qaramahmudlu kəndindən keçən hissəsində baş verib. 53 yaşlı İbrahimov Zülfiqar İsrafil oğlunun idarə etdiyi “Kia Sorento” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sərnişin 76 yaşlı Rəhimova Məlahət Əli qızı aldığı xəsarətlərdən yerindəcə keçinib. Sürücü və onun xanımı 50 yaşlı S. İbrahimova, oğlu 13 yaşlı Ayxan isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı cinayət işi başlanıb.Qeyd edək ki, sürücü Z. İbrahimov Xalq artisti Mənsum İbrahimovun qardaşıdır. Qəzada ölən M. Rəhimova isə Z. İbrahimovun qayınanasıdır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.