Hadisə

Qəza şəhidimizin anım mərasiminə gedərkən baş verib

Kürdəmir rayonu ərazisində Xalq artisti Mənsum İbrahimovun qardaşı ailəsi ilə birgə ağır qəzaya düşüb.M.İbrahimov açıqlamasında hadisə barədə məlumatı təsdiqləyib.O bildirib ki, qəza şəhid İsrafil İbrahimovun anım mərasiminə gedərkən baş verib: “Qəzada qardaşımın qayınanası, şəhid İsrafil İbrahimovun nənəsi vəfat edib, qardaşım və ailə üzvləri isə xəsarət alıb. Onlar hazırda həkim nəzarətindədir. Hadisə anidən baş verib. Ola bilsin ki, oğlunun şəhid olduğu günün ildönümü olub deyə həyəcanlandığı üçün avtomobilin idarəetməsini itirib”.Qeyd edək ki, hadisəni törədən sürücü Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır. Qəzada şəhidin nənəsi vəfat edib. Atası, anası və qardaşı isə xəsarət alıb.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.