Cəmiyyət

Şəkidə qızılca infeksiyasının yayılması ilə bağlı son vəziyyət açıqlanıb

Şəkidə İnteqrasiya təlimli internat tipli gimnaziyada qızılca infeksiyası ilə bağlı 25 nəfərdə yoluxma faktı qeydə alınıb. 25 sentyabr tarixindən başlayaraq uşaqlar arasında səpki ilə müşayiət olunan xəstəlik aşkar olunub.Bu barədə “Report”un Şimal-qərb bürosuna Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsinin müdiri Fəhimə Paşayeva məlumat verib.Şöbə müdiri bildirib ki, bu infeksiya hadisəsi ilk dəfə Yevlax rayonundan gəlmiş şagirddə aşkarlanıb: “Bu uşaq məktəbin işçiləri tərəfindən valideyninə təhvil verilib. Sonradan həmin xəstənin qardaşlarında da yoluxma aşkar olunub və bu uşaqlar xəstəxanaya yerləşdirilib. 25 sentybar tarixindən gimnaziyada həkim müayinəsi aparılıb və 9 xəstədə infeksiya aşkar olunduğundan onlar da xəstəxanaya yerləşdirilib. Bundan sonra 25 sentyabrdan 11 oktyabr tarixinədək ümumiyyətlə internat məktəbinin 25 şagird və təhsil işçisində bu infeksiya aşkaranıb. Ümumilikdə bu infeksiya 23 uşaqda olub, 1 tərbiyəçi müəllim və 1 xadimədə tapılıb. Yoluxanların hər biri xəstəxanada müalicə alıb və evə buraxılıblar. 11 oktyabr tarixindən etibarən internatdan müraciət edən olmayıb. Gimnaziyanın fəaliyyəti biz tərəfdən dayandırılmayıb, biz müayinələr apararaq müdiriyyətə tapşırıq vermişik ki, internata uşaq qəbulu axırıncı hadisədən 21 gün müddətinə dayandırılsın”.Qeyd edək ki, Şəkidə İnteqrasiya təlimli internat tipli gimnaziyada şagirdlər arasında yayılmış qızılca infeksiyasına görə 21 günlük karantin tətbiq edilib. Gimnaziya şəhərin “Yuxarı Baş” adlanan tarixi mərkəzində yerləşir. Gimnaziya 150 şagird yerlikdir. Orada Şəki ilə bərabar, qonşu Yevlax, Mingəçevir, Bərdə və digər rayonlardan olan intellektual məhdudiyyətli uşaqlar, aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrin övladları təhsil alır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər